AZ

Bakıda onlayn CEO forum təşkil olunub 

292b1d6958eca0e8d18dbe568c35c773.jpg
04.04.2020 10:43

"Caspian European Club"un hər gün öz resurslarında və sosial şəbəkələrdə canlı yayım rejimində təşkil etdiyi ONLAYN CEO FORUM-un növbəti qonağı «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev olub.

 

TED.az xəbər verir ki, Ruslan Əliyev çıxışı zamanı bildirib ki, hazırkı karantin rejimində bu cür əlaqələrin yaradılması işgüzar mühitin davamlı olmasında mühüm rol oynayır: "Hazırda koronavirusla birgə mübarizə aparılan şəraitdə “Azəriqaz” İstehsalat Birliyi daim işləyən təşkilatlar sırasındadır. Birliyin 20% işçisi əmək haqları saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilib. Çalışırıq ki, az işçi ilə çox iş görək. İnsanlar çölə çıxmamağa çağrılır. Biz isə iş başında olmalıyıq ki, onlar evlərində rahat otursunlar. Bir sözlə, kommunal məsələlər vaxtında həllini tapsın".

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox