AZ

Bu tələbələrin TƏHSİL HAQQI ÖDƏNİLƏCƏK 

e5ab516cace1b68f52088c392274769d.jpg
04.04.2020 23:28

Sosial həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödəniləcək.


TED.az xəbər verir ki, bu haqda məlumat Nazirlər Kabinetinin təsdiqlədiyi “Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb. 


Məlumata görə, bu məqsədlə 40 milyon manat vəsait ayrılıb. 


Qeyd edək ki, Maliyyə Nazirliyi 2020-ci il ərzində bu tədbirin həyata keçirilməsini təmin etməlidir.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox