AZ

Bakıda yaşayıb rayon qeydiyyatında olan vətəndaşlar SMS vasitəsilə evdən çıxa bilərlərmi? – AÇIQLAMA

 

448bda2241d6152e329e787718b297a5.jpg
06.04.2020 11:55

Paytaxtda yaşayıb rayon qeydiyyatında olan vətəndaşlar müraciət etdikləri zəruri hal üzrə koda əsasən təsdiq cavabı aldıqdan sonra evdən çıxa bilərlər.

 

TED.az xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzindən bildiriblər. 

 

Qeyd edək ki, yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları xüsusi icazə əsasında küçəyə çıxa bilərlər. Yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. 8103-ə göndərilən mesajdan sonra isə 1 saat ərizndə cavab mesajı gəlməlidir. 2 saatlıq icazə müddəti isə cavab mesajının gəldiyi andan qüvvəyə minir.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox