AZ

Taksi sürücülərinə ŞAD XƏBƏR! BU QURUM da fərqlənmə nişanı verəcək 

ea94b70d475cdae74f39961a5af655a3.jpg
06.04.2020 13:01

Taksi sürücüləri artıq Azərpoçt-dan fərqlənmə nişanını əldə edə biləcəklər.

 

TED.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

 

N. Allahyarova qeyd edib ki, yeni qayda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılıb: “Şəhərlərarası gediş-gəlişə məhdudiyyət qoyulduqdan sonra düşündük ki, taksi sürücülərinin işini asanlaşdıraq. Belə ki, bundan sonra onların bir şəhərdən digərinə gedib DANX-ın regional mərkəzinə yaxınlaşmasına ehtiyac qalmır. Artıq nazirliyin digər qurumu Azərpoçt sənədləşmə prosesində iştirak edir. Sürücülər Azərpoçt-un istənilən filialına yaxınlaşaraq fərqlənmə nişanını əldə edə bilərlər. Onlar bu sənədi əldə etdikdən sonra sürücü haqqında məlumat "icaze.e-gov.az" saytına yerləşdiriləcək”.

 


N.Allahyarova əlavə edib ki, bu günə kimi 201 taksi sürücüsü fərqlənmə nişanı əldə edib: "Vəziyyətdən sui-istifadəyə çalışan şəxlərə isə fərqlənmə nişanı verilməyəcək. Son 6 ayda mütəmadi olaraq fərqlənmə nişanı alan taksi sürücülərinə üstünlük veriləcək".


 

Zeynəb ƏKBƏR

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox