AZ

RƏSMİ: Feysbuk koronavirusa görə istifadəçilərin hərəkətini izləyəcək

 

e8c87407f11f905d730520e29c15f4b5.jpg
07.04.2020 13:29

Feysbuk koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində istifadəçilərin hərəkəti haqqında məlumat toplayacaq. 

 

TED.az xəbər verir ki, bu barədə Feysbukun rəsmi saytında məlumat yayılıb.

 

Məlumata əsasən, bu həftədən etibarən şirkət mütəxəssisləri ABŞ-da yaşayan istifadəçilərin getdiyi yer haqqında məlumat toplayaraq federal, həmçinin yerli hakimiyyət orqanlarına təqdim edəcək. Məlumatlar anonim olacaq və yalnız statistik göstəricilərin tərtibi, habelə infeksiya yayılmasının qarşısını almaq üçün istifadə ediləcək.

 

Platforma rəhbərliyinin fikrincə, bu cür məlumatların vasitəsilə səlahiyyətli qurumlar sosial məsafə tələblərinin yerinə yetirililb yetirilməməsini daha asan şəkildə izləyə biləcəklər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox