AZ

Anonsdan üç ay sonra “Samsung”un ən yaxşı modellərindən daha biri ucuzlaşdı - BƏS BİZDƏ?

fe5de7c4bcb0ea7a6cd326ce8b12f5fe.png
27.05.2019 15:33

Hindistanda Galaxy A50 modeli 267 dollara satılır

 

Ayın əvvəlində Hindistanda, “Samsung”un yeni smartfonlarından olan Galaxy A10, A20 və A30 modellərinin 7-dən 22 dollara qədər endirimləri barədə söz-söhbət dolaşırdı.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, indi Hindistanda Galaxy A50-in ən yaxşı modellərindən biri də bu taleyi yaşayır. Onun 4 GB RAM və 64 GB flash yaddaşı olan kiçik versiyası 22 dollar ucuzlaşıb və hazırda 267 dollar dəyərində qiymətləndirilir. 6 GB RAM və 64 GB flash yaddaşlı modifikasiya isə 310 dollar dəyərindədir ki, bu da endirimə qədər olduğundan 36 dollar azdır.

 

Endirimlərin müəyyən gecikmə ilə MDB bazarlarına da gəlib çatdığını nəzərə alsaq, təxminən bir ay sonra Galaxy A50-nin bizdə də ucuzlaşacağını gözləmək olar.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox