AZ

Epidemiya əleyhinə vaksinlər ixtira edən və müəmmalı şəkildə öldürülən azərbaycanlı

 

75d3ea0d096bd8c33dcc6d05d56b738e.jpg
22.05.2020 12:55

Taun xəstəliyinə vaksinlər hazırlayan və öldürülən Lətif Vəliyev 1912-ci ildə Qaradonlunun (indiki İmişli) Məmmədli kəndində dünyaya gəlib.

 

TED.az xəbər verir ki, Lətif Vəliyevin qeyri-adi istedadı çoxlarını narahat edirdi və buna görə də, Moskvadan onun elmi araşdırmalarının dayandırılması ilə bağlı tapşırıq gəlir. 

 

Lakin bir müddət sonra bu qadağalar aradan qaldırılır. L.Vəliyev 1933-cü ildə Azərbaycana yenidən epidemiya yayılacağını bildirir. Bir il sonra SSRİ-yə “Yustinian” taunu və “Qara ölüm” epidemiyalarına qarşı vaksinlər axtarışı başlayır. L.Vəliyev “Yustinian” taununun vaksinlərini ixtira edir. L.Vəliyev haqqında Qərb mətbuatında “Şərqin İbn Sinası”, deyə bəhs edilir. 

 

 

Bir müddət sonra L.Vəliyev Saratova göndərilir ki, elmi araşdırmaları orda davam etdirilsin. Həmin vaxt orda 1300 nəfər taundan ölmüşdü. L.Vəliyev “Muğan” və “Aran” vaksinləri ilə əhalini xilas edir. Böyük Britaniyanın “Mi-6” kəşfiyyatının polkovniki L.Vəliyevə qarşı sui-qəsdin planlaşdırıldığını iddia etsə də, Moskva ona ötürülən məlumatlara əhəmiyyət vermir. 1934-cü ildə L.Vəliyev Saratovda 22 yaşında sui-qəsd nəticəsində zəhərlənir. Saratov əhalisi onu fəxri xiyabanlarında dəfn edirlər. Lakin bir müddət sonra L.Vəliyevin məzarı naməlum şəxslər tərəfindən dağıdılır. Bir müddət sonra isə, həmin naməlum şəxslər İmişliyə; L.Vəliyevin evinə gedərək, onun bütün əlyazma və elmi araşdırmalarını yandırırlar.

 

 

Nuranə DAXİLQIZI

 

TED + bölməsindən digər xəbərlər

Daha çox