AZ

Xiaomi bu smartfonların istehsalını tamamilə dayandıracaq

 

a611af90ec1e48bd5e3464b988756d11.jpg
29.05.2020 10:57

Son günlər Xiaomi və ona məxsus Redmi brendi xeyli 5G dəstəkli smartfon modeli təqdim edib. Bundan əlavə, şirkət öz smartfon seriyalarını 5G standartına keçirməklə yanaşı, 6G texnologiyaları üzərində də tədqiqatlar aparır.

 

TED.az xəbər verir ki, şirkət bu dəfə 4G dəstəkli smartfonların istehsalını tamamilə dayandıracağı ilə gündəmə gəlib.

 

Bildirilib ki, şirkət 5G standartlı cihazları inkişaf etdirməyə aktiv şəkildə davam edəcək. Qeyd edilib ki, dünyada artıq istifadəyə verilən 5G şəbəkə standartı "cloud gaming", avtopilot sistemləri, 4K/8K keyfiyyətli videokonfransların yaradılması və s. kimi sahələrdə böyük perspektivlər təqdim edir.

 

Rəsmilərin açıqlamaları nəzərə alınarsa, Xiaomi şirkəti artıq bu ilin sonuna kimi 5G standartı əsasında çalışmayan smartfonların istehsalından tamamilə imtina edə bilər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox