AZ

İnnovasiyalar Agentliyi BMTN-nin Sənaye İnkişafı Təşkilatı ilə 175 min avro dəyərində layihəyə başlayır

 

4102133d12433ccd45c35975e82de6d2.jpg
01.06.2020 17:05

2020-ci ildən İnnovasiyalar Agentliyi və UNIDO arasında "Rəqəmsal təhsil və innovasiya mərkəzinin, innovasiya ekosisteminin və dəstək infrastrukturun inkişafı" adlı təlim layihəsinə start verilir.

 

İlk təlim Sloven Keyfiyyət və Metrologiya İnstitutu və Lyublyana Texnoparkının tərəfdaşlığı ilə keçirilib. 

 

TED.az xəbər verir ki, təlimin məqsədi Azərbaycan İnnovasiyalar Agentliyinin təlimçiləri ilə onlayn və elektron təlim vasitələrindən istifadənin praktik təcrübəsini paylaşmaq, onlayn görüş, konfrans platformaları ilə işləməyi praktiki təcrübə üzərində göstərmək idi.

 

İştirakçılar onlayn tədrisin vacib elementləri və həmçinin onun çətinlikləri və əsas üstünlükləri barədə məlumatlandırıldılar. Cənub-Şərqi Avropanın ən böyük onlayn fakültəsi olan DOBA fakültəsinin mühazirəçisi və icraçı direktoru Klemen Sibret, auditoriyanı motivasiyalı saxlamağın və tələbələrlə dialoq şəklində ünsiyyət qurmağın vacibliyini vurğuladı.

 

Startapların geniş bazarlara çıxışı, 4-cü sənaye inqilabının ortaya qoyduğu imkanlardan və çağırışlardan istifadə bacarıqlarının yenilənməsi, kiçik və orta sahibkarlıqda rəqabətin artırılması və innovasiya ekosisteminin təşviq edilməsi məqsədilə qabaqcıl təcrübənin öyrənilməsi də layihənin hədəflərinə daxildir.

 

Layihənin 15 ay ərzində davam etdirilməsi nəzərdə tutulur və ümumi dəyəri 175,000 avro təşkil edir.

 

Proqram çərçivəsində növbəti təlim 2-4 iyun tarixlərində keçiriləcək.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox