AZ

Google yanlışlıqla Android 11-in beta versiyasını yayımladı

2fcbe2f6ed00103bd304576914665f35.jpg
03.06.2020 23:40

Android 11-in beta versiyası səhvən Google şirkəti tərəfindən yayımlanıb. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, normalda vaxtı dəyişdirilməli olan yenilənmə yanlışlıqla yayımlanıb. 


Əslində bənzər hadisələr ötən illərdə də baş verib. Ancaq bunlar “Google işçilərinə məxsusi yenilənmələr” olaraq təqdim olunurdu. Amma bu dəfə vəziyyət başqadır. Çünki Google əməkdaşı olmayan şəxslərin telefonunda da Android 11-in beta versiyası aktivləşdirilib. 


Qeyd edək ki, məsələ ortaya çıxdıqdan qısa müddət sonra yenilənmə platformadan yığışdırılıb. Lakin yenilənmənin yükləndiyi cihazlar Andorid 11 ilə çalışmağa davam edir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox