AZ

Almaniya Avropa Birliyinə müraciət etdi - Kiberhücuma görə Rusiyaya sanksiyalar tətbiq olunsun

d5e4f6deeb0a1a6e7ac505968b4a0261.jpg
13.07.2020 11:47

Almaniya hökuməti Avropa Birliyinə müraciət edərək Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasını bildirib. Çünki rəsmi Berlin 5 il əvvəl Bundestaqa qarşı edilən kiberhücumun Rusiya Federasiyası ilə əlaqəli ola biləcəyini iddia edir. Almaniya hökuməti hesab edir ki, Rusiyanın GRU hərbi kəşfiyyat xidməti kiberhücumda iştirak edib.

 

Xatırladaq ki, haker qrupunun üzvü olan və 2015-ci ilin aprel-may aylarında sözügedən kiberhücuma rəhbərlik edən rusiyalı Dmitri Badinin həbsinə artıq qərarı verilib. 

 

Hökumət sanksiya tətbiq etmək təklifini həm kəşfiyyat xidmətlərindən, həm də ictimaiyyətə açıq mənbələrdən alınan materiallar ilə əsaslandırır. 

 

Qeyd edək ki, Avropa ölkələri Almaniyanın təklifini qəbul edərsə, bu, Avropa Birliyinin kiberhücumlara görə sanksiya rejiminin tətbiq edilməsi ilə bağlı ilk hal olacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox