AZ

Dubayda dronların dispetçer sistemi yaradılacaq 

3f7112db08f7fd916b639042e03de286.jpg
13.07.2020 11:58

Birləşmiş Ərəb Əmirliklərinin Dubay hakimiyyəti “Sky Dome” adlı qanununu qəbul edib. Qanun çərçivəsində pilotsuz yük və sərnişin marşrutları, həmçinin dronoportlar şəbəkəsinin inkişaf etdiriləcəyi nəzərdə tutulub. 

 

TED.az xəbər verir ki, sözügedən qanunu Dubay Mülki Aviasiya İdarəsinin prezidenti şeyx Əhməd bin Səid əl Maktum təsdiq edib.

 

“Drone Dome” Dubayda dronların sertifikatlaşdırılması sisteminin, insansız daşımaların lisenziyalaşdırılmasının, həmçinin belə aparatlarla bağlı uçuş hadisələrinin araşdırılması şöbəsinin yaradılmasını nəzərdə tutur. Şəhərdə pilotsuz uçan aparatların dispetçer sistemi də yaradılacaq.

 

Ehtimal olunur ki, dispetçer sistemi “Dubai Shield”in təşəbbüsü çərçivəsində yaradılan infrastrukturla birgə işləyəcək. Bu layihə mühüm obyektlərin mühafizə sistemlərinin yaradılmasını nəzərdə tutur.

 

Bundan əlavə, şəhərdə kiçik dron portlarının təşkili planlaşdırılır. Dron portları dronlar üçün nəzərdə tutulan aeroportların kiçik analoqları olacaq.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox