AZ

Sus və rəqs et: Mavi Balina oyununda xakerlər gənc qızı nə ilə təhdid etdilər?

03.07.2019 18:23 2174

Dünyanın bir çox ölkəsində minlərlə uşağın, gəncin ölümünə səbəb olan Mavi Balina oyunu nədir ?  Necə öldürür ?

 

TED.az xəbər verir ki, bu oyunun rəsmi, yaxud da qeyri rəsmi internet adresi və qanuni satışı yoxdur. Rus səhifələrində oyuna girmək istəyən oyunçulara sayt tərəfindən link göndərilir və linkə daxil olan zaman kompüterlərə virus göndərilərək oyunçuların özəl məlumatları ələ keçirilir. Daha sonra isə oyunçulardan təhdid yolu ilə onlara verilən bütün təlimatları yerinə yetirmələri tələb olunur.

 

“Black Mirror” – “Sus və rəqs et”

 

İstifadə olunan təhdid sistemi “Black Mirror” (Qara Ayna) serialının “Shut up and dance” (Sus və rəqs et) bölümündə göstərildiyi ortaya çıxmışdı. Belə ki, veb kamerasından çəkilən gizli görüntülərini yaymaqla insanları təhdid edən xakerlər, qurbanları cinayət törətməyə məcbur edirdi.

 

50 Gün, 50 Tapşırıq

 

Mavi Balina oyunu 50 gün boyunca davam edən və davam etdikcə daha qorxunc hala gələn 50 tapşırıqdan ibarətdir.

 

Oyunda özünü zədələyə biləcək şeylərdən, qorxu filmlərini izləməyə qədər bir sıra ağır tapşırıqlar mövcuddur. Tapşırıqları yerinə yetirib bitirməyən oyunçulara isə “Öl, nədə olsa yenidən doğulacaqsan” deyə psixoloji təsir edilir.

 

Oyunun adı intihar edən balinalardan gəlir. Nəyə görə intihar edildiyi bilinməyən "balina"ların xilas olma şansı çox azdır.

 

Oyunun bəzi etablarında, hələ məktəbli olan uşaqlardan biləklərinə və ayaqlarına iti cisimlə balina şəkili çəkilməsi və bədənində damarlarına yaxın yerlərə çiziklər atılmaq tələb olunurdu. Bəzi günlər gecə 04.20-də oyandırılıb, oyun qurucularının göndərdikləri videoları izləmələri tələb olunurdu. Manipulasiya edilmiş uşaqlar 49 tapşırıq boyunca özlərinə psixoloji və fiziki zərərlər verir. 50-ci günün final tapşırığı isə “balina olmaq” adı daşıyır və intihar etmələri tələb olunur.

 

Qurucusu həbs edilib

 

Mavi Balina oyunu mart ayında Rusiyada gənc qızın intiharına səbəb olmuş və bu hadisənin ardından, 6 ay içində baş verən 130 gəncin intiharının da bu səbəbdən olduğu şübhəsiylə məhkəmə işi açılıb. Oyunun qurucuları kim və kimlər olduğu araşdırılarkən, oyunun Qazağıstan, Qırğızstan, Azərbaycan, ardından da Avropa ölkələrinə yayılması insanları qorxuya salırdı. Bütün bu kimi təhdidləri nəzərə alaraq, hüquq-mühafizə orqanları, Rusiyadakı 21 yaşlı Filipi ölümlə nəticələnən oyun yaratdığına görə, həbs etdilər.

Dünya bölməsindən digər xəbərlər

Daha çox