AZ

İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə!

69e14d27ad4eb66ddd9e8fa80070652b.jpg
19.07.2019 18:16

Bildiyiniz kimi ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi iyulun 24-dən avqustun 6-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.

 

TED.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə aparılan monitorinqlər göstərir ki, bəzi insanlar abituriyentlər və onların valideynlərinin etibarından sui-istifadə edib özlərini reklam etməklə ödəniş müqabilində ixtisas seçimlərinin onlar tərəfindən həyata keçirilməsi ilə bağlı çağırış edirlər.

 

İxtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.

 

Qeyd edək ki, DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə I və IV ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər nəşr edilib. Yaxın günlərdə II və III ixtisas qrupları üzrə də müvafiq kitabçalar nəşr olunacaq. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb

 

Həmçinin Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir. İxtisas seçimi ilə əlaqədar məsləhət mərkəzləri bəzi rayon təhsil şöbələrində də fəaliyyət göstərərcək.

 

Məlumat üçün bunu da qeyd edək ki, “Abituriyent Məsləhət Mərkəzləri” həftənin 5 günü (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər.

Elm bölməsindən digər xəbərlər

Daha çox