AZ

Hackathon-a seçim turları başladı

69be79ee9a119cb36dee5b7cdb18618a.png
19.09.2019 15:00

Gəncədə keçiriləcək "Hackathon"a seçim turları başlayıb. Qaliblər qardaş Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılacaqlar.

 

TED.az xəbər verir ki, INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə Gəncədə keçiriləcək “Hackathon”a seçim turları başlayıb. Seçimlərdən uğurla keçən iştirakçılar təlim və yarışlarda iştirak edəcəklər. Proqram 23-27 sentyabr tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetinin İnnovasiyalar Mərkəzində keçiriləcək. Qeyd edək ki, "Hackathon" aqrar mövzudadır.

 

Tədbirin ilk 2 günü iştirakçılar əsas təşəbbüskarlıq anlayışları ilə tanış olacaqlar. Növbəti 3 gün ərzində keçiriləcək “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışacaqlar.

 

Sonda isə qalib komandalar Azərbaycan Dövlət Aqrar Universitetinin İnnovasiyalar Mərkəzində 6 aylıq inkubasiya proqramı keçmək haqqı qazanacaqlar. Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılmaq şansı əldə edəcəklər.

 

Qeydiyyat üçün: https://forms.gle/J3skrtpJHttPoSd27

Startaplar bölməsindən digər xəbərlər

Daha çox