AZ

Müəllimlər üçün peşəkar inkişaf proqramı – İnnovasiyalar və yeni texnologiyalarla bağlı biliklər təkmilləşdiriləcək

c48f68a53fd827f2c43b0ddd464e0c21.jpg
21.09.2019 10:59

Ümumi təhsil müəssisələrinin müəllimləri üçün innovasiyalar və yeni texnologiyaların tədrisi üzrə stajkeçmə xidməti təşkil olunacaq.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən TED.az-a verilən məlumata görə, stajkeçmə xidmətinin əsas məqsədi pedaqoji heyətin fəaliyyətinin səmərəliliyini daha da artırmaq, onların təkmilləşmə prosesinin təhlilini aparmaq, müəllimlərin bilik və bacarıqlarını qiymətləndirmək, stajkeçmə xidmətindən istifadə edən hər bir müəllim üçün fərdi inkişaf planı tərtib etməkdən ibarətdir.

 

Stajkeçmə xidmətinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 21 ümumi təhsil müəssisəsindən 349 müəllimin qatılması nəzərdə tutulur.

 

3 ay davam edəcək stajkeçmə xidməti 5 mərhələdən ibarətdir. Müəllimlərin iştirakı ilə fərdi və qrup görüşləri keçiriləcək və dərs müşahidələri aparılacaq.

 

Qeyd edək ki, stajkeçmə xidmətinə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən keçirilən İKT-dən istifadə üzrə təlimlərdə iştirak edən müəllimlər qatılacaq.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox