AZ

Bakıda iki böyük avtomobil dayanacağında parkinq qiymətləri kəskin artır - YENİLƏNİB - FOTO

57dd1346f313238afde94e296b0c833a.jpg
27.03.2024 14:40

Bakıda Azadlıq meydanının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər artırılır.

 

TED.az xəbər verir ki, yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.

 

Saatlıq tariflər:

 

0-1 saat - 1 manat

 

1-3 saat - 2 manat

 

3-6 saat - 3 manat

 

6-12 saat - 5 manat

 

12-24 saat 10 manat

 

Aylıq tariflər:

 

12 saatlıq - 100 manat

 

24 saatlıq - 140 manat

 

Qonşular - 75 manat

 

Qeyd edək ki, daha əvvəl bu parkinqdə qiymətlər 0-2 saat - 1 manat, 2-5 saat - 2 manat, 5-12 saat - 3 manat, 12-24 saat - 6 manat təşkil edirdi.

 

Aylıq abunə paketləri isə 12 saat üçün 50 manat, 24 saat üçün isə 80 manat idi.

 

Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər bahalaşıb.

 

TED.az xəbər verir ki, yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.

 

Gündəlik tariflər aşağıdakı kimi olacaq:

 

0-2 saat - 1 manat;

 

2-4 saat - 2 manat;

 

4-6 saat - 3 manat;

 

6-10 saat - 4 manat;

 

10-12 saat - 5 manat;

 

12-24 saat - 8 manat.

 

Aylıq tariflər isə belə olacaq:

 

Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat);

 

Bütün günü (24 saatlıq) - 120 manat (60 manat);

 

Qonşular tarifi - 50 manat (20 manat).

 

Göründüyü kimi, aylıq tariflər 100-170% artıb.

 

Qeyd edək ki, bu parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.

TED + bölməsindən digər xəbərlər

Daha çox