AZ

“Samsung Pay” aprelin 3 -dən Rusiyyada fəaliyyətini dayandırır

4db866c928f752fc1760cbee25e78675.jpg
27.03.2024 18:40

“Samsung” şirkəti “Samsung Pay” tətbiqində “Mir” kartlarını dəstəkləməyəcəyini açıqlayıb. Bu il aprelin 3-dən etibarən Rusiyada yeni kartların əlavə edilməsi və köhnə kartların istifadəsi mümkün olmayacaq.

 

Daha əvvəl əlavə edilmiş kartlar tətbiqdən silinəcək. Eyni zamanda, şirkətin saytında qeyd olunur ki, Belarusda tətbiq dəyişikliksiz işləməyə davam edəcək.

 

Xatırladaq ki, 2022-ci ildən “Google Pay” və “Apple Pay” tətbiqləri Rusiyada fəaliyyətini dayandırıb. Alternativ olaraq, “Mir Pay” yaradılıb, lakin bu proqram da “Google Play”dən silinib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox