AZ

 “WhatsApp” yeni funksiyasını işə salıb

c5af2721f5b21507d811e4ec551a53e8.jpg
27.03.2024 18:57

iOS əməliyyat sistemli cihazlarda “WhatsApp” messencerində yeni funksiya çıxıb. İstifadəçilər artıq videoları sürətləndirə biləcəklər. Bu məlumatı “WABetaInfo” portalı dərc edib.

 

Yeni funksiyadan istifadə etmək üçün ekranın kənarına iki dəfə toxunmaq lazımdır. Bu, videonu irəli və ya geri çəkməyə imkan verəcək.

 

Bununla belə, qeyd etmək lazımdır ki, bütün istifadəçilər bu seçimdən dərhal istifadə edə bilməyəcəklər. Hazırda ondan yalnız iOS əsaslı smartfon sahibləri istifadə edə bilər. Tərtibatçılar yaxın gələcəkdə funksiyanı hər kəs üçün əlçatan edəcəklərini vəd edirlər.

Dünya bölməsindən digər xəbərlər

Daha çox