AZ

Alimmlərimizin dünya reytiqindəki yeri müəyyənləşdi

01b5f14c2777b2f1b1e5b9fda8f80678.jpg
27.03.2024 21:40

Tanınmış “AD Scientific Index” təşkilatı dünya alimlərinin, ölkələrinin və elmi müəssisələrinin reytinqini açıqlayıb.


TED.az xəbər verir ki, “AD Scientific Index” təşkilatı tədqiqatçıların elmi fəaliyyəti, elmi məhsuldarlığı və aldıqları nəticələrin elmi dəyəri əsasında dünya alimlərinin və universitetlərinin reytinq sıralamasını müəyyən edən təhlil sistemidir.

“AD Scientific Index” dünya alimlərinin reytinq sıralamasının tərtibində 9 parametrdən istifadə edir və 11 mövzu (kənd təsərrüfatı və meşəçilik, incəsənət, dizayn və memarlıq, biznes və idarəetmə, iqtisadiyyat və ekonometrika, təhsil, mühəndislik və texnologiya, tarix, fəlsəfə, ilahiyyat, hüquq, tibb və səhiyyə, təbiət elmləri, sosial elmlər və s.), 256 sahə, 22,350 universitet (elmi-tədqiqat institutu), 218 ölkə və 10 region (Afrika, Asiya, Avropa, Şimali Amerika, Okeaniya, Ərəb Liqası, o cümlədən EECA (Şərqi Avropa və Mərkəzi Asiya), BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri), Latın Amerikası və COMESA (Şərqi və Cənubi Afrika)) üzrə alimlərin reytinqini müəyyənləşdirir.


2024-cü il üzrə təqdim edilmiş məlumatlara əsasən, “AD Scientific Index”in qeyd olunan meyarlar əsasında hazırlanmış dünya reytinqində (World Ranking) ölkəmiz 96-cı, region reytinqində (Region Ranking) isə 32-ci sırada qərarlaşıb.

Azərbaycanın dünya və region üzrə reytinq sıralamasındakı yeri ölkəmizin 50 universitet, elmi-tədqiqat və digər müəssisələrindən “AD Scientific Index”in Azərbaycan üzrə top 1000 alimi siyahısına daxil olan 945 tədqiqatçısının elmi fəaliyyəti əsasında müəyyən olunub.

“AD Scientific Index”in “World Top 100 Scientists in Azerbaijan” siyahısına daxil olan 100 ölkə alimindən 32-si (siyahının ilk beşliyində 3 alim), “Azerbaijan Top 10 Productivity i10 Index” siyahısında 10 alimdən 5-i, “Azerbaijan Top 10 Last 5 Years i10 Index” siyahısında 6-sı, “Azerbaijan Top 10 Last 5 Years H Index” siyahısında 5-i, “Azerbaijan Top 10 Total Citiation Index” siyahısında 6-sı, “Azerbaijan Top 10 Last 5 Years Citiation Index” siyahısında 5-i BDU-nun əməkdaşlarıdır.

Sözügedən reytinqlə buradan tanış olmaq mümkündür.

Dünya bölməsindən digər xəbərlər

Daha çox