AZ

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

 

2c95642e96ccfc7c5927c69124f15695.jpg
28.03.2024 13:35

Azərbaycan Milli Kitabxanası “Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradıb.

 

Kitabxanadan TED.az-a bildirilib ki, onlayn rejimdə istifadəçilərə təqdim olunan məlumat bazasında TEATR Azərbaycanda teatrın yaranma tarixi, nəşrlərdə haqqında dərc olunan materiallar və bu sənət haqqında fikirlər təqdim edilib.

 

Qeyd edək ki, 1873-cü il martın 10-da Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü və iştirakı ilə Bakıda nümayiş etdirilən ilk tamaşa Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası olub.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox