AZ

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

 

08cb556a6f7de8cd7245403b68b4ac05.jpg
28.03.2024 21:57

Azərbaycanda müntəzəm sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) loqosu, qısaldılmış adı və Çağrı Mərkəzinin nömrəsi olmalıdır.

 

TED.az xəbər verir ki, bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

 

Məlumata görə, agentliyin loqosu, qısaldılmış adı və çağrı mərkəzinin nömrəsi hər bir avtobusun banında aşağıdakı qaydada yerləşdirilməlidir:

 

- banın ön hissəsinin üzərində sağ tərəfdə və banın arxa hissəsinin üzərində sağ tərəfdə;

 

- banın sağ tərəfində ön hissədə, banın sol tərəfində sürücü pəncərəsinin altında.

TED + bölməsindən digər xəbərlər

Daha çox