AZ

Bu ərazilərdə reklam yerləşdirməyə icazə tələb olunmayacaq

043e0bf5525b2500d1aef2f895ecbaa7.jpg
29.03.2024 12:40

Yerləşdirilməsinə icazə tələb olunmayan reklamların siyahısı genişləndirilir.

 

TED.az-ın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Reklam haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parklarına, sənaye məhəllələrinə və aqroparklara münasibətdə hər birinin ümumi ölçüsü 20 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilməyəcək.

 

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox