AZ

NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO

 

6ddfb27531d9eb2c6a6da346474e306f.jpg
29.03.2024 15:40

Azərbaycanda istehsal ili 8 ildən çox olan “Toyota Prius”ların kütləvi satışına başlanılıb.

 

TED.az xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub.

 

Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilməyəcək.

 

Bu da ölkəmizdə taksi fəaliyyəti ilə kütləvi məşğul olan “Prius” markalı avtomobillərin qiymətinin enməsinə və satılmasına səbəb olub.

 

Belə ki, əvvəllər qiyməti 12 000 - 15 000 manat arası dəyişən “Prius” markalı avtomobillər alıcılara 10 000 - 10 500 manat arası təklif olunur.

TED + bölməsindən digər xəbərlər

Daha çox