AZ

“KHAN ACADEMY" Hər bir şagird və hər bir sinif üçün real nəticələr" layihəsinin bağlanış mərasimi keçirilib

ee937f31281aabc645f83b6ff8421872.jpg
29.03.2024 16:40

TED.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “KHAN ACADEMY" Hər bir şagird və hər bir sinif üçün real nəticələr" layihəsinin bağlanış mərasimi keçirilib.

 

Bağlanış mərasimində məktəbin direktoru, layihə rəhbəri Leyla Əliyeva layihə haqqında ətraflı məlumat verib, layihənin məqsədi və layihə müddətində nəzərdə tutulan fəaliyyətlərin müvəffəqiyyətlə yekunlaşdığı barədə məlumat verib.

 

Qeyd edək ki, layihənin əsas məqsədi: Khan Academy platformasında yerləşən 5-ci sinif riyaziyyat fənni materiallarının orta məktəb tədrisinə adaptasiya edilməsi və ondan istifadə etməklə dərslərin təşkil edilməsi ilə şagirdlərin riyaziyyat və rəqəmsal biliklərini təkmilləşdirmək, fərdi və əyləncəli öyrənməni təşviq etmək eyni zamanda müəllimlərin sinifdə şagirdlərə fərdi yanaşmanı tətbiq etmələri üçün imkanlar yaratmaqdır.
Sonda layihədə iştirak edən şagirdlər sertifikatlarla təltif edilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox