AZ

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

 

4e4c3649058100b3fe0323eaf2d4f36a.jpg
29.03.2024 17:57

Aprelin 23-25-də Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans (ITTA’2024) keçiriləcək.

 

Konfrans Elm və Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Polşanın Bıdqoş Elm və Texnologiya Universiteti, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu və Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək.

 

Bu barədə TED.az-a AzMİU-dan bildirilib. Beynəlxalq konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək informatika sahəsində mövcud elmi və praktiki problemlərin müzakirə edilməsidir.

 

Konfrans tikinti və memarlıqda informasiya texnologiyaları, süni intellekt və onun tətbiqləri, böyük verilənlərin emalı problemləri və üsulları, paralel hesablama, siqnalın işlənməsi problemləri və üsulları, mürəkkəb obyektlərin və proseslərin idarə edilməsində informasiya texnologiyaları, intellektual idarəetmə və informasiya sistemləri, kompüter şəbəkələri və kibertəhlükəsizlik məsələləri, təhsildə informasiya texnologiyalarının tətbiqi kimi elmi istiqamətləri əhatə edəcək.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz: itta.cyber.az 

Elm bölməsindən digər xəbərlər

Daha çox