AZ

Vyetnam kriptovalyuta sektorunun inkişafı üçün hüquqi baza hazırlayacaq

 

d4c0ce8b468cc94dedc677f8280f16f8.jpg
15.04.2024 21:57

Vyetnam kriptovalyutadan istifadəni qadağan etmək niyyətində deyil, lakin ölkədə kriptovalyuta sektorunun inkişafını təmin etmək və mümkün risklərin qarşısını almaq üçün qanunvericilik bazası hazırlamalıdır.

 

TED.az xəbər verir ki, bu barədə Vyetnam Ədliyyə Nazirliyinin iqtisadi və mülki qanunvericilik departamentinin direktor müavini Kao Danq Vin deyib.

 

“Virtual aktivlər və rəqəmsal valyutalar haqqında fərqli fikirlər mövcuddur. Müxtəlif ölkələr kriptovalyuta sektorunun idarə edilməsinə fərqli yanaşır. Bütün mümkün risklərin qarşısını almaq üçün kriptovalyuta sektorunda qanunvericilik bazası inkişaf etdirməlidir”, - deyə Kao Danq Vin bildirib. Onun sözlərinə görə, Vyetnamda indiyədək qanuni aktiv sayılmayan kriptovalyutaların idarə edilməsi qaydaları mövcud olmayıb.

 

Qeyd edək ki, bir müddət əvvəl Vyetnam hökuməti Maliyyə Nazirliyinə 2025-ci ilin may ayınadək kriptovalyuta bazarını tənzimləmək üçün hüquqi bazanın işlənib hazırlanmasını tapşırıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox