AZ

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

 

1be2a2d936e9aa25e44bb3c654a63a53.jpg
19.04.2024 15:20

Ukraynada Almaniyanın Quantum-Systems GmbH şirkətinin pilotsuz təyyarələrin istehsalı üzrə daha bir zavodu açılıb. Müəssisədə ildə 1000 pilotsuz uçuş aparatının yığılması, eləcə də ehtiyat hissələrinin istehsalı planlaşdırılır.

 

TED.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

 

Yeni müəssisə şirkətin Ukraynadakı ikinci zavodu olacaq. İlin sonuna qədər orada 100-ə yaxın insanın işlə təmin olunacağı gözlənilir.

 

Almaniya şirkətinin dünyada PUA istehsal edən ümumilikdə yeddi zavodu var.

 

Qeyd edək ki, son iki ildə Ukrayna şirkətləri pilotsuz təyyarələrin kütləvi istehsalına başlayıb. Buraya təkcə pilotsuz uçuş aparatları deyil, həm də yerüstü dronlar daxildir.

 

Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin bəyan edib ki, ölkəsi “Şahed” kamikadze dronunun analoqunu da istehsal edir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox