AZ

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

 

81954c8ea1b11adc01507ef5ca366da3.jpg
19.04.2024 16:40

Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayımına başlayıb.

 

Tərcümə Mərkəzindən TED.az-a bildirilib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri tanınmış alman tərcüməçisi Hans-Jürgen Maurer və alman dili mütəxəssisi Gülarə Heydərovadır.

 

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “LESERING.de” elektron ədəbiyyat jurnalı mütəmadi olaraq səhifələrində Frans Kafka, Huqo von Hofmannştal, Yohann Volfqanq Höte, Erix Kestner, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox