AZ

Sentyabr ayı ərzində Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə 40 min müraciət daxil olub

19.10.2019 12:53

Vergilər Nazirliyi Çağrı Mərkəzinin 2019-cu ilin sentyabr ayı üzrə fəaliyyəti barədə məlumat yayıb.

 

TED.az xəbər verir ki, ay ərzində Çağrı Mərkəzinə 38648 zəng nazirlik tərəfindən cavablandırılmaya qəbul olunub.

 

Cavablandırılmış sual xarakterli müraciətlərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,27% (2019-cu il üzrə 67,14%) çox olduğu açıqlanıb.

 

Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin əksər hissəsi operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

 

2019-cu ilin sentyabr ayı ərzində Çağrı Mərkəzi tərəfindən cavablandırılmış müraciət vərəqələri üzrə orta cavablandırma müddəti 4,25 gün (2019-cu il üzrə 6,1 gün) olub.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox