AZ

e-Xidmətlər bölməsində vakansiyalar yerləşdirilməlidir – QANUNUN TƏLƏBİ

c38b2d4ba444e3a299657bb53eb5d19a.jpg
08.11.2019 15:13

"İşəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 (beş) iş günü müddətində vakansiya bankına daxil etməlidirlər".

 

TED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov altsistemin təqdimatı zamanı deyib.

 

Kənan Əkpərov bildirib ki, bunun üçün onlar e-sosial.az ünvanına yaxud e-gov.az ünvanına daxil olmalıdırlar: ““e-Xidmətlər” bölməsində “Yeni iş yeri və boşalan iş yeri, yəni vakansiya barədə məlumatların təqdim edilməsi” elektron xidmətini seçməlidirlər. Bundan sonra “Vakansiyalar” bölməsindəki “Yeni vakansiya” altbölməsində vakant iş yeri barədə məlumatlarını daxil etməlidirlər. Sonda isə “Yadda saxla” düyməsini basmalıdırlar".

 

"İşsiz və işaxtaranlar isə “e-sosial” və ya “e-gov.az” portalı vasitəsilə “Məşğulluq” altsisteminə daxil olur, vakansiyalarla tanış olur və özünün iş üçün müraciət anketini formalaşdırır. Bundan sonra Məşğulluq mərkəzinin onun üçün təklif etdiyi işlərdən özünə uyğun olanı seçərək işə dair göndərişi təsdiq edir. Təsdiq edilmiş göndəriş aidiyyəti işəgötürənə göndərilir və o, işsiz və ya işaxtaranı dəvət edərək onunla əmək müaviləsi bağlayır. İşsiz və işaxtaranlara altsistemdə digər aktiv məşğulluq layihələrindən (özünüməşğulluq və ya “İşsizin DOSTu” proqramı, yaxud peşə hazırlığı, peşəyönümü məsləhət tədbirləri və s.) birini seçmək imkanı da verilir", – deyə nazirliyin nümayəndəsi əlavə edib.

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox