AZ

Windows və Android-in birliyi – Lenovo One bazarda inqilab yarada bilər

df0d787f4b1c424bc7fb7c67b9d99355.jpg
08.11.2019 17:49

Lenovo şirkəti Lenovo One adlandırdığı yeni məhsulu təqdim etməyə hazırlaşır. İndiyə qədər onun haqqında yalnız azacıq məlumat var.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, Lenovo One-ın hansısa şəkildə smartfonun Android və fərdi kompüterə (Windows-la) birləşməyə imkan verəcəyi bildirilir. Təsvirdə Bluetooth vasitəsilə məlumat mübadiləsi aparan Lenovo Z6 Pro 5G smartfonunu və ThinkPad X1 Carbon noutbukunu görmək olar. Yəqin ki, söhbət Bluetooth-dan istifadə etməklə yeni bir məlumat ötürmə formatı barədə gedir.

 

Lenovo şirkətinin reklam sloqanında bildirilir ki, Windows və Android birləşəcək, Lenovo One qadağanları pozaraq cihazlar arasında əlaqəni təmin edəcək. Funksiyalardan birinin smartfonun ekranını fərdi kompüter displeyinə "proyeksiya" etməyə imkan verəcəyi gözlənilir.

 

Təəssüf ki, yeni məhsulun elan tarixi hələ bilinmir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox