AZ

Toyota şirkəti Toyota RAV4 əsasında hazırlanan yeni krossoverin tizerini nümayiş etdirdi

baccb07c9192e0c3482741c3f48c59ae.jpg
09.11.2019 11:00

Yaponiyanın Toyota şirkəti Toyota Wildlander krossoverinin rəsmi tizerlərini paylaşıb.


TED.az xarici mətbuata istinadən xəbər verir ki, populyar RAV4 yolsuzluq avtomobili əsasında qurulan bu model Çin zavodunda yığılır. Öz növbəsində Çin modifikasiyasında unikal bamper, radiator barmaqlığı, baş optika və digər fərdi elementlər var. RAV4 krossoveri kuzanın uzunluğunun bir qədər artması ilə də fərqlənir.

 

Avtomobilin kapotunun altında 171 at gücündə olan 2 litrlik benzin mühərriki quraşdırılıb. Müştərilər, həmçinin 2,5 litrlik mühərrik və ümumi 222 at gücü olan elektrik aqreqatları ilə unikal versiyanı əldə edə biləcək. Bazar üçün ön və ya tam sürücü ilə komplektləşdirmə təklif ediləcək. Toyota Wildlander krossover modelinin premyerası 22 noyabr tarixində Guançjou şəhərində keçiriləcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox