AZ

Smartfon bazarında Samsung öz liderliyini qoruyur

05647c893339f306c672427abde819be.jpg
13.11.2019 10:20

Ötən ilin müvafiq dövrü ilə müqayisədə smartfon bazarında 0,8% artım müşahidə olunur.

 

TED.az xəbər verir ki, bu haqda IDC analitik agentliyinin hesabatında deyilir.

 

Məlumata görə, bu il elektronika bazarında 358,3 milyon smartfon satışa buraxılıb.

 

Bazarda ilk üç yeri Samsung (78,2 milyon), Huawei (66,6 milyon) və Apple (46,6 milyon) şirkətləri tutur.

 

Ümumilikdə, telefon bazarında Huawei, Samsung və OPPO şirkətlərində artım, digər mobil istehsalçılarında isə azalma müşahidə olunub.

Dünya bölməsindən digər xəbərlər

Daha çox