AZ

Dəyişdirilmiş kameralara malik Samsung Galaxy S10-un ucuz və bahalı versiyası hazırdır

ddbba97175b846207a4834765bff2814.png
13.11.2019 13:45

Onlar artıq TENAA tərəfindən təsdiq edilib

 

TENAA telekommunikasiya avadanlıqlarının sertifikatlaşdırılması üzrə Çin Mərkəzinin saytında Samsung Galaxy S10 smartfonunun iki yeni versiyası müşahidə olunub.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, 6 noyabrda nəşr edilən SM-G9730 nömrəli model üçün TENAA sənədləri aşağıdakı RAM variantları göstərir - 6, 8 və 12 GB, həmçinin üç fləş yaddaş variantları - 256 GB, 512 GB və 1 TB qeyd edilib. Bununla belə hazırda Çində yalnız 8/128 GB və 8/512 GB versiyaları satılır.

 

Beləliklə, 6 GB RAM və 256 GB daxili fləş yaddaş ilə ucuz versiyanı, eləcə də 12 GB RAM və 1 TB daxili flash yaddaş ilə daha bahalı versiyanı gözləmək olar.

 

Həm də əsas kameranın konfiqurasiyasındakı kiçik bir dəyişiklik maraqlıdır – 12, 16 və 12 Mp sensorların yerinə, burada 16, 12 və 10 Mp sensorlar göstərilir. Frontal göstərici əvvəlki 10 Mp əvəzinə 12 Mp olub. Digər parametrlər eyni qalıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox