AZ

Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsilə bağlı proaktiv məlumatlandırma həyata keçiriləcək

5e7488e40273899a647331904145ebe7.jpg
13.11.2019 12:40

"Sentyabr ayının 1-dən istehsalatda bədbəxt hadisələrdən icbari sığorta elektron qaydada həyata keçirilir. Artıq işə götürənlər istehsalatda bədbəxt hadisədən sığortanı İcbari sığorta bürosunun elektron platforması üzərindən əldə edirlər. İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta ilə bağlı ƏƏSMN altsistemlərində də təkmilləşdirmə işləri aparılır. Artıq hansısa işçi istehsalatda bədbəxt hadisədən sığortalanmadıqda nazirlik işəgötürənləri xəbərdar edəcək".

 

TED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Kənan Əkpərov deyib.

 

Kənan Əkpərov bildirib ki, eyni zamanda, elektron protokolların tətbiqi ilə bağlı qanunvericilikdə təkmilləşdirmə aparılır, yeniliklər əlavə edilir: "Sistem tərəfindən müəyyən yoxlamaların aparılması protokolların tərtib edilməsi, xəbərdarlıqların edilməsi ilə bağlı yeniliklər planlaşdırılır. Bəzi hallarda işçilərin şəxsiyyət vəsiqələrinin müddəti bitir və onlar bu barədə məlumatlı olmurlar. Dəyişiklik etmək istədikdə isə müəyyən problemlər yaşanır. Bununla bağlı Əmək Müdafiəsi Sistemində təkmilləşdirmə aparacağıq. Artıq işəgötürənləri proaktiv qaydada məlumatlandıracağıq ki, işçilərinin şəxsiyyət vəsiqəsinin bitməsinə az vaxt qalıb".

 

"Bəzən vəfat edən şəxslərin əmək müqaviləsi bildirişlərini sistemdə xitam verilmir, bu kimi halların qarşısını almaq üçün də nazirlik proaktiv məlumatlandırma həyata keçirəcək. İşəgötürənlərin iş yükünün azaldılması məqsədilə əmək müqaviləsində bir çox dəyişikliklər planlaşdırılır. Müxtəlif hesabatların və əmək müqaviləsinin nümunə formasında sistemdən əldə edilməsi planlaşdırılır", – deyə K.Əkpərov əlavə edib.

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox