AZ

AQTA: Ölkəyə idxal olunan yeyinti məhsullarının gömrük prosesləri barədə məlumat real vaxt rejimində AQTA-ya ötürüləcək

eba0f99674482227fbe369dd8921ff99.jpg
13.11.2019 15:00

“Hazırda Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) ilə Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) arasında məlumat mübadiləsinin aparılması istiqamətində işlər həyata keçirilir. Belə ki, ölkəyə idxal olunan yeyinti məhsullarının dövlət sərhəd-keçid məntəqələrindən keçməsi və gömrük rəsmiləşdirilməsinin bitməsi barədə məlumat real vaxt rejimində VAİS sistemi vasitəsilə AQTİS-ə ötürüləcək”.

 

Bunu TED.az-a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva deyib.

 

Aysel Fərziyeva qeyd edib ki, eyni zamanda AQTİS vasitəsilə zəruri məlumatlar Dövlət Gömrük Komitəsinə göndəriləcək: “Bu da sahibkarlıq subyektlərinin işini xeyli asanlaşdıracaq və əlavə vaxt itkisini aradan qaldıracaq. İlin sonunadək yeni sistemin respublika üzrə tam tətbiqi nəzərdə tutulub”.

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox