AZ

Sabirin Hophopnaməsi audio versiyada

f0a7ec54103a84c676a351d6f7828dc8.jpg
13.11.2019 15:08

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilati dəstəyilə Mirzə Ələkbər Sabir Fondu görkəmli Azərbaycan şairi M.Ə.Sabirin “Hophopnamə” kitabının audio versiyasının təqdimatını keçirib.

 

MEK-dən TED.az-a verilən məlumata görə, tədbirdə layihə rəhbəri və Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli çıxış edərək mütaliənin insanın yüksək mənəvi keyfiyyətlərinin formalaşmasında mühüm amillərdən biri olduğunu bildirib.

 

Audio kitabların bütün məhdudiyyətləri aşaraq hər kəs üçün əlçatan olmasını qeyd edən layihə rəhbəri Sevda Tahirli elektron vasitələrlə yayılan təhlükəli xarakterli məlumatlara qarşı audial mütaliə üçün şərait yaradan səsli kitabların cəmiyyət üzvlərinin daha sağlam formalaşmasında əvəzsiz töhfə olduğunu vurğulayıb.

 

Tədbirdə audio kitabda gənclərin ifa etdikləri şeirlər səsləndirilib, eləcə də audio kitabın hazırlıq mərhələsini əks etdirən video-çarx nümayiş etdirilib.

 

Daha sonra qonaqlar çıxış edib və layihə iştirakçılarına mükafatlar təqdim edilərək M.Ə.Sabirin “Hophopnamə”, S.Tahirlinin “Qanımızın səsi” kitabları hədiyyə olunub.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox