AZ

Bakutel-2019 sərgisində hansı texnologiya nəhəngləri təmsil olunacaq? – AÇIQLAMA

f9f820da8aaf8330e5effc819e2aae29.jpg
02.12.2019 13:12

"Sabah “Bakutel-2019” sərgisində bir sıra yüksək rütbəli xarici qonaqlar iştirak edəcəklər. Onların sırasında Mehmet Cahit Turhan-Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri, Konstantin Şulqan-Belarusun Rabitə və İnformasiya naziri, Houlin Jao-Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi və digərləri var".

 

TED.az xəbər verir ki, bunu Caspian Event Organisers-in nümayəndəsi Fazilə Nəhmətova deyib.

 

Fazilə Nəhmətova bildirib ki, yubiley sərgisi dünyanın 23 ölkəsini təmsil edən 238 şirkəti bir araya gətirir: "Sərgi iştirakçıları arasında Azərbaycan şirkətləri ilə yanaşı, Çin, Finlandiya, İsveçrə, Ukrayna və bir sıra digər ölkələrdən şirkətlər yer alır. Ölkələrinin ticarət palataları və səfirliklərinin dəstəyi ilə ABŞ (4), Belarus (6), Fransa (2), İran (16), İsrail (3), İtaliya (4), Rusiya, Sloveniya, Türkiyə (3), Xorvatiya (6) və başqa ölkələrin aparıcı İT şirkətlərindən ibarət olan milli qruplar sərgidə iştirak edirlər".

 

"Sərgidə “Ericsson”, “Elcore”, “Nokia”, “CISCO”, “Huawei”, “Microsoft” kimi nəhəng xarici şirkətlərlə yanaşı, eləcə də sərginin baş sponsoru “Azercell”, həmçinin “Bestcomp Group”, “Idrak Technology Transfer”, “Smart Systems Technology” kimi yerli şirkətlər iştirak edir. Yüksək keyfiyyətli telekommunikasiya xidmətlərinin geniş çeşidini “Azərkosmos” və “Rusiya Peyk Rabitəsi” kimi aparıcı peyk operatorları təqdim edəcək. Sərgi biznes həlləri, kiber təhlükəsizlik texnologiyaları, nanotexnologiyalar, “bulud” texnologiyaları, IoT, peyk texnologiyaları, proqram təminatı, mobil və peyk rabitəsi və digər xidmətləri təqdim edir. Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir", – deyə şirkət nümayəndəsi əlavə edib.

 

Zeynəb ƏKBƏR  

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox