AZ

Elnur Eltürk: Vikipediya könüllülərinin sayı artacaq

e8ccb52c0b993c31e1ff76965667cf65.jpg
11.12.2019 11:20

 

Bu il Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının "Vikipediya" Metodik Mərkəzinin könüllüləri "Vikipediya"nın Azərbaycan dili bölməsində minlərlə məqalə yaradıb, məqalələr əsaslı redaktə olunub.

 

TED.az xəbər verir ki, bunu Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktorunun müavini Elnur Eltürk deyib.

 

E.Eltürk bildirib ki, "Vikipediya" hərəkatı öz müsbət nəticəsini göstərir: “Dövr ərzində "Vikipediya"nın xarici dil bölməsində də Azərbaycanın şəxsiyyətləri haqqında, mədəniyyətinə aid məqalələr yaradılıb.

 

“Gələn il "Vikipediya" hərəkatına üzv olacaq könüllülərin sayı artacaq. Əsas strateji hədəflərimizdən biri də hərəkatın ölkədə genişlənməsi və güclənməsidir”, - deyə direktor müavini qeyd edib.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox