Məktəblimizin hazırladığı tətbiq qızıl medala layiq görüldü
11-13 fevral tarixlərində İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilən “Sabahın alimləri” IX Respublika müsabiqəsinin qalibləri artıq məlumdur.
TED.az məlumat verir ki, müsabiqədə riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri üzrə şagirdlər iştirak ediblər. Ümumilikdə 370 layihədən 187-si final mərhələsinə buraxılıb.
Bakı Dövlət Universiteti nəzdində “Gənc istedadlar” liseyinin X sinif şagirdləri İsazadə Məhəmməd Ramiz oğlu və Qasımov Kənan Seynur oğlu “Sabahın alimləri” IX Respublika müsabiqəsində təqdim etdikləri “Azeri Dactyl Alphabet” tətbiqi ilə birinci yerə layiq görülüblər. Bu layihə AMEA İnformasiya Texnologiyaları İnstitutunun lobarantı Yusif İmamverdiyevin rəhbərliyi ilə ərsəyə gəlib.
Dünyada 34 milyonu uşaq olmaqla 466 milyon eşitmə, 500 milyon danışma qüsurlu insanların olduğunu, Azərbaycanda isə bu rəqəmin 310000-i əhatə etdiyini bildirən iştirakçıların fikrincə, “Azeri Dactyl Alphabet” adlı tətbiq inklüziv təhsilin inkişafına təkan verəcək. Bu proqram 3 hissədən ibarət olmaqla həm Android, həm də İOS əməliyyat sistemlərini dəstəkləyir. Birinci hissə “Əlifba” bölməsidir.
Bu bölmədə Azərbaycan Daktil əl əlifbasının hərfləri verilib. İkinci hissə “İfadələr” bölməsindən ibarətdir. İfadələr bölməsində jest dilində olan bütün ifadələr yer alıb. Üçüncü hissədə isə ən son texnologiyalardan olan süni intellektdən istifadə olunub. Bu hissədə yazılan xüsusi proqram vasitəsilə danışma və eşitmə qüsurlu şəxslər fikrini istənilən insana çatdıra biləcək.
Elm bölməsindən digər xəbərlər
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
Bakcell və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Həftənin ən çox oxunanları
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD






