AZ

Silinən mesajları bu yolla qaytarmaq olar

3e172a7467bfde0356dad2a756fd1e7a.png
06.03.2020 18:10

Mobil telefonlardan silinən mesajların geri qaytarılma yolları çoxlarına maraqlıdır.

 

TED.az xəbər verir ki, Android telefonlardan silinən mesajları geri qaytarmaq üçün Android Data Recovery və ya Coolmuster Android SMS+Contacts Recovery proqramlarını yükləmək lazımdır. Öncə bu proqramlardan birini kompüterə yükləmək, daha sonra USB vasitəsilə telefonu kompüterə qoşmaq lazımdır. Ardınca isə proqramdakı “Scan” əmri ilə məlumatları təsdiqləməli, fayllar bölümündən “SMS” ya da “Massages”ı seçməlisiz. Oradan çıxan məlumatları seçib “Recover” düyməsini sıxmalısınız.

 

iOS-da silinən mesajları qaytarmaq üçün isə telefonda iCloud və ya iTunesdən istifadə edə bilərsiz.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox