AZ

Ustaya ehtiyac yoxdur, KİLİD şifrənizi özünüz bərpa edin - ÜSULLAR

4af4f401f28512aed86e527bd5fe566d.jpg
24.05.2019 15:12

Telefon istifadə edən zaman tez-tez qarşılaşdığımız ən böyük problemlərdən biri də ekranın kilid şifrəsinin unudulmasıdır. Hələ ki, şifrənizi əvvəlcədən unutmamaq üçün bir yerə qeyd etməmisinizsə və şifrəni unutmusunuzsa, əvvəlki kimi ustaya ehtiyac yoxdur.

 

TED.az olaraq sizin üçün unudulmuş şifrənin yenidən necə bərpa edilməsi üsullarını araşdırdıq.

 

İlk olaraq bildirək ki, bütün telefonlarda şifrə qırma metodları eyni deyil. Sistemin versiyasına  görə istifadə edəcəyiniz şifrə qırma metodları da fərqlidir. Bu şifrə qırma metodlarından istifadə edərək, şifrəsini unutduğunuz telefonlarınızı yenidən aça bilərsiniz.

 

1. Android telefonlar üçün ekran kilidinin şifrəsi necə qırılır?

 

Üsul 1: Android cihaz meneceri

 

Yeni  Android versiyasında gələn bu özəlliklə rahat şəkildə şifrənizi sıfırlaya bilərsiniz. Bu üsulda, telefonunuzda istifadə etdiyinizi Google hesabınız lazımdır. Buradan Google hesabınıza giriş etdikdən  sonra  Kilidlə funksiyasını seçib yeni şifrə əldə edə bilərsiniz.

 

Üsul 2: “Samsung”un “Cihazımı Tap” Servisi

Yuxarıda qeyd etdiyimiz yöntəmin bənzərini  “Samsung” telefonları üçün buraya girərək tətbiq edə bilərsiniz. Əgər “Samsung” hesabınız varsa giriş etdikdən sonra Ekranımı Kilidlə funksiyasını seçərək,  şifrənizi sıfırlaya bilərsiniz.

 

Üsul 3: Əvvəlki ilkin parametrlərə qayıtmaq

Bu üsuldan sənədlərinizin  kopyası varsa və ya sənədlərinizin silinməsi sizin üçün problem yaratmırsa istifadə edə bilərsiniz. Telefonunuzu ilk günkü halına  gətirən bu üsul telefonun modelinə görə dəyişir. Bu üsulu  Səs azaltma, əsas ekran düyməsi və bağlama düyməsini eyni anda basaraq, tətbiq edə bilərsiniz. Basdıqdan sonra açılan ekranda yuxarı aşağı hərəkət etmək üçün səs düyməsini, seçmək üçün bağlama düyməsindən istifadə edin və wipe data/factory reset seçiminə basın. 3-4 dəqiqə sonra telefonunuz sıfırlanacaq.

 

 

2. iPhone telefonları üçün kilid ekranı şifrəsi necə qırılır?

 

Üsul 1: iTunes ilə geri yükləmə

Ən sadə yol iTunesdən telefonu geri yükləməkdir. Telefonu komüterə taxıb  iTunesi açın və  “İndi nüsxələ”ni seçin. Geriyə yükləmə qurtardıqdan sonra quraşdırma menyusundan “iTunes nüsxələnməsindən Geriyə Yüklə” seçiminə basın.

 

Üsul 2: Qurtarma Vəziyyətinə Alma

Unutmayın ki,  bu üsuldan istifadə edən zaman əgər sənədlərinizin kopyası yoxdursa hamısı silinəcək. Məsələn: “iPhone 7” Qurtarma Vəziyyətinə Alma: Əvvəlcə telefonu kompüterə qoşun. Ardınca  kilidləmə düyməsi ilə səs azaltma düyməsinə basın, ekranda iTunes il bağla mesajını görənə kimi buna davam edin. iTunesi açdığınızda yeniləmə mesajı ile qarşılaşacağsız. “iPhone 8”: Eyni ilə  digərindəki kimi kompüterə qoşursunuz telefonu. Daha sonra səs yüksəltmə düyməsinə basıb buraxın. Ardınca səs azaltma düyməsinə basıb buraxın. Son olaraq ekranda Apple loqosunu görənə kimi yan düyməni basılı saxlayın

 

 

Üsul 3: iPhone-mu Tap-dan istifadə edin

Bundan istifadə etmək üçün əvvəldən “iPhonemu tap”ı  aktivləşdirilmiş olmalıdı. Burdan  Apple hesabınıza girərək,  silmə əməliyyatını həyata keçirməlisiz.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox