Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb
"Ləki stansiyası - Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə start verilib və tikinti-quraşdırma işlərinin 70%-i tamamlanıb".
Bu barədə TED.az- a “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyi şöbəsindən bildirilib.
Məlumata görə, dəmir yolu xətti ox üzrə 42,3 km, yan yollarla birlikdə isə 44,49 km-dir. Ləki stansiyası – Qəbələ birxətli dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90 m) və tökmələrdən (12 m) keçir.
Ümumilikdə dəmir yolu xəttinin torpaq yatağının 98%-i və 23.24 km dəmir yolunun üst quruluşu üzrə tikinti-quraşdırma işləri tamamlanıb.
Layihə üzrə 122 ədəd (7 ədəd körpü, 1 ədəd yolötürücü, 6 ədəd avtomobil alt keçidi, 2 ədədi heyvan keçidi və 106 ədəd suötürücü boru) suni mühəndisi qurğusu var və bunlardan 6 ədəd avtomobil alt keçidinin, 2 ədəd heyvan keçidinin və 103 ədəd suötürücü borunun inşası tamamlanıb. Həmçinin layihə üzrə nəzərdə tutulan Ağdaş dəmiryolu dayanacağı və Qəbələ dəmiryolu stansiyalarının tikintisi işləri davam etdirilir.
Ağdaş dəmir yolu dayanacağının platformasının dəmir-beton konstruksiyasının tikintisi tamamlanıb, Qəbələ stansiya binasında, dəmir yolu platformalarında və yeni Qəbələ dartı yarımstansiyasında tikinti işləri davam etməkdədir. Həmçinin Hacıalı yarımstansiyasının təmiri işləri davam etdirilir.
Yağış sularının torpaq yatağından kənarlaşdırılması məqsədi ilə layihədə 13 300 paqon metr beton qanov nəzərdə tutulub və 2 200 paqon metr hissəsinin tikintisi yekunlaşdırılıb.
Torpaq yatağının dayanıqlığını təmin etmək məqsədi ilə layihə üzrə uzunluqları 150 paqon metr və 127 paqon metr olan iki istinad divarı nəzərdə10kV-luq sərbəst yan qidalandırıcı elektirik verilişi xəttinin və kontakt dirəklərinin quraşdırılması işləri davam etdirilir.
Sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı xəbər boyunca 84 600 paqon metr metal hasarın çəkilməsi nəzərdə tutulub.
TED + bölməsindən digər xəbərlər
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
Bakcell və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Həftənin ən çox oxunanları
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD






