İşçilərin 73 faizi məsafədən təhlükəsiz işləmək barədə tövsiyə almayıb

Kaspersky-nin COVID-19-un iş tərzinə təsiri ilə bağlı yeni araşdırmasına görə, uzaqdan işləmək rejiminə keçən işçilərin 73%-i hələ də rəqəmli savadlılığı artırmaq üçün heç bir tövsiyə almayıb və onları kiberrisklərdən qorumaq üçün hazırlanmış təlimlərdən keçməyib.
Şirkətdən TED.az-a verilən məlumata əsasən, indiki şəraitdə, şirkətlər üçün korporativ məlumat təhlükəsizliyini təmin etmək daha çətindir: "Respondentlərin 27%-i COVID-19-la əlaqəli fişinq məktubları aldıqlarını söyləyib. Kiber risklərin qarşısını almaq üçün təşkilatlar öz işçilərinə kiber təhlükəsizlik qaydaları haqqında təlim keçməlidirlər. İş proseslərinin məhsuldarlığını və səmərəliliyini qorumaq, eyni zamanda, işçilərin zəruri xidmətlərə təhlükəsiz girişini təmin etmək bu günlərdə biznes üçün çox vacibdir. Uzaqdan işləmək, korporativ istifadəçilərin boşluğu olan Wi-Fi nöqtələrinə bağlanması və ya işçi heyəti tərəfindən kölgə İT mənbələrindən istifadə edilməsi kimi problemlərə səbəb ola bilər", - deyə məlumatda qeyd olunub.
Kaspersky-nin araşdırmasına görə, bir çox işçilər, həqiqətən də, şirkətlərin İT şöbələri tərəfindən təsdiqlənməyən onlayn xidmətlərdən istifadə etməyə başlayıblar: "Söhbət sözdə kölgə İT-dən gedir: videokonfrans xidmətləri (70%), messencerlər (60%), faylların saxlanması üçün bulud xidmətləri (53%) və s".
"İndi həmişəki kimi işləməyə davam etmək çətindir, çünki demək olar ki, hər şey kəskin dəyişib. Şirkətlərin işçiləri evdən işləyərək yeni reallıqla barışırlar, İT komandaları və informasiya təhlükəsizliyi şöbələri iş proseslərinin təhlükəsizliyini təmin ediərək təzyiq altındadırlar. Kiber insidentlər yalnız cari tapşırıqları çətinləşdirə bilər, buna görə də ayıq olmaq və uzaqdan işin təhlükəsizliyini təmin etmək vacibdir, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Kaspersky təşkilatlara kiber təhlükəsizliyi təmin etmək üçün aşağıdakı tədbirləri görməyi tövsiyə edir:
• işçilərinizin İT və ya kiber təhlükəsizliklə bağlı problemləri olduqda kiminlə əlaqə quracağını bildiyinə əmin olun. Şəxsi cihazlarla işləmək məcburiyyətində olanlara xüsusi diqqət yetirin: onlara xüsusi təhlükəsizlik tövsiyələri verin və müvafiq siyasət təqdim edin;
• işçilərin onlayn, o cümlədən rəqəmli savadlarını artırmaq üçün təlimlər planlaşdırın. Bu, onlara hesablarını və şifrələrini idarə etməyi, e-poçt və son cihazların təhlükəsizliyini təmin etməyi öyrədir. Bu məqsədlər üçün, Kaspersky və Area9 Liseyi "Həyatda və işdə pandemiya zamanı təhlükəsizlik" adlı pulsuz onlayn kurs hazırlayıb;
• parol təyin etmək, iş cihazlarını şifrələmək və məlumatların ehtiyat nüsxəsini hazırlamaq da daxil olmaqla korporativ məlumatları və cihazları qorumaq üçün vacib tədbirlər görün;
• cihazların, proqramların, tətbiqlərin və xidmətlərin mütəmadi olaraq yeniləndiyinən əmin olun;
• Kaspersky Endpoint Security Cloud kimi sübut olunmuş təhlükəsizlik proqramını mobil cihaz daxil olmaqla, bütün son cihazlara quraşdırın. Bu, iş məqsədləri üçün yalnız təsdiq edilmiş onlayn xidmətlərin istifadə olunmasını təmin edəcək.
TED + bölməsindən digər xəbərlər
Honda Yeni Mini Elektrikli Avtomobilini Elan Edib: N-ONE e


Nothing Ear 3 təqdim olunur


Ford Focus tarixə çevrilir


iPhone Air gözlənilən uğura nail oldumu?


iPhone Air əyilə bilərmi?


iPhone Air və Galaxy S25 Edge müqayisə edildi!


Facebook-un yeni funksiyası narazılıqla qarşılanıb


Tesla köhnə modellərini unutmadı!


Bu ölkə AI naziri təyin etdi!


Huawei, Avropada üç Aito Electric yolsuzluq avtomobilini elan etdi!


Dünyanın ən çox satılan PlayStation oyunları açıqlanıb


Windows-da SSD probleminin mənbəyi müəyyən edildi!


OPPO Find X9 və X9 Pro batareya tutumları təsdiqləndi!


OnePlus flaqmanı üçün 165Hz displey təklif edə bilər!


vivo X300 Pro AnTuTu testində aşkar edilib!


Yuxu Hesabı xüsusiyyəti bu Apple Watch modellərində mövcud olacaq!


Türkiyədə istehsal olunacaq Ioniq 3 açıqlandı


Google AI Plus paketini buraxdı!


Yeni Ferrari Testarossa at gücü rekordları qıracaq


iPhone 17 bu xüsusiyyəti ilə S25 Ultra-nı üstələyir!


NASA Marsda həyatın olduğunu sübut edə bilər!


Yeni Apple Saatları Sağlamlıqda Fərqlilik Yaradacaq


Yeni Android Auto yeniləməsi çox da qənaətbəxş deyildi


Togg öz süni intellekt platforması Can.ai-ni işə salır


Galaxy S24 üçün yeni One UI 8 Beta buraxıldı!


iPhone 17 Pro Apple M4 MacBook Pro-dan daha sürətlidir


Tesla gözlənilməz zərbə aldı!


Google Gemini çox tələb olunan yeniliyi təqdim edir


Beats iPhone 17 aksesuarlarını təqdim etdi


Canlı Tərcümə AirPods Pro 2 və AirPods 4 üçün də mövcuddur!


Həftənin ən çox oxunanları
Oppo F31 seriyası qiyməti ilə təəccübləndirəcək


Yeni Mercedes-Benz GLC


OpenAI 115 milyard dollar sərmayə qoyur


Çin Apple kəşfiyyatı ilə məşğuldur!


TCL uşaqlar üçün MOVETIME MT48 ağıllı saatını təqdim edir


Anti-AI tərtibatçıları işdən çıxarıldı!


Xiaomi 16 hələ də ən yuvarlaq künclərə sahib olacaq


2026 Renault Clio yeni dizaynı ilə təqdim olundu


Galaxy S26 Ultra-nın kamerası fərq yaradacaq


Yeni Porsche 911 Turbo S elan edildi

