AZ

Oppo K7 5G təqdim edildi - Əsas xüsusiyyətləri

b453189f659c970b12ce8b57525e7fd1.jpg
04.08.2020 16:35

Oppo K7 5G smartfonu istifadəçilərə təqdim edilib.

 

TED.az xəbər verir ki, 8 GB RAM-a sahib telefon gücünü Snapdragon 765G  prosessorundan alır. Sözügedən səkkiznüvəli prosessorun sürəti 2.4 GHz-dir. Telefon 128 GB və 256 GB olmaqla iki depolama yaddaşı təqdim edir. 6.4 düymlük AMOLED ekran Full HD+ izləmə keyfiyyətinə şərait yaradır. 32 Megapiksel on kameraya sahibdir. Arxa tərəfdə isə 48 Megapiksel ana kamera, həmçinin 8 və 2 Megapiksel köməkçi kamera yerləşir. 

 

Batareya tutumu 4025 mAh olan smartfon 30W sürətli enerji dəstəyinə sahibdir. Yeni modelin qalınlığı 7,96 mm, çəkisi isə 180 qramdır. 

 

Oppo K7 5G modelinin 285 dollardan başlayan qiymətlərlə satışa çıxarılacağı gözlənilir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox