AZ

2021-ci ilə qədər evdə: Feysbuk bütün işçilərinə lazımi texnikanı paylayacaq

 

133dfabaa6b6e8831eb602c0c7f59274.jpg
07.08.2020 10:06

Feysbuk əməkdaşları 2021-ci ilə qədər məsafədən işləyə biləcəklər. 

 

TED.az xəbər verir ki, şirkət COVİD-19 pandemiyası fonunda işçilərinə evdən çalışmağa imkan verən ABŞ-ın sonuncu texnologiya nəhəngi olub. 

 

“Səhiyyə ekspertlərinin tövsiyələri, eləcə də bu məsələlər üzrə daxili müzakirələrimiz zamanı qəbul edilən qərarlar nəzərə alınmaqla, işçilərin 2021-ci ilin iyul ayına qədər könüllü şəkildə evdən işləməyə davam etməsinə imkan verilir", — deyə şirkət nümayəndəsinin bəyanatında deyilir. 

 

Bundan əlavə, Feysbuk hər əməkdaşına evdə ofis şəraitini yaratmaq üçün min ABŞ dolları ayıracaq.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox