AZ

BMW İ3 elektromobili Azərbaycana gətirilib 

8f19c88f731c2ae322342aee1c8cd87d.jpg
07.08.2020 14:23

“Improtex Motors” şirkəti tam elektrik ekoloji cəhətdən təmiz və futuristik yeni BMW i3 avtomobilini Azərbaycanda təqdim edib. 

 

TED.az xəbər verir ki, artıq bu gündən etibarən müştərilər daha yüksək enerji sıxlığı olan litium-ion hüceyrələrindən ibarət olan 94 A/s batareyası və 33 kVt/s enerji ehtiyatı olan, 170 a.g. və 250 Nm mühərrikli BMW i3 versiyasını sifariş edə biləcəklər. 

 

Pis hava şəraitində və ya kondisioner və istilik sistemləri işə salındıqda gündəlik istifadədə olsa da, yenilənmiş BMW i3 bir tam enerji yığımına ən az 200 km məsafə qət edə bilər.

 

BMW i3 100 km/s sürətini cəmi 7.3 saniyəyə sürətlənir. Yenilənmiş BMW i3 öz seqmentində 12,6 kvt/100 km enerji sərfiyyatı olan ən idman tərzli və effektiv elektromobildir. Yenilənmiş BMW i3 80-dən 120 km/s-ə qədər yalnız 5,1 saniyə ərzində sürətlənməyə qadirdir və əmin ötmələri həyata keçirməyə imkan verir. Əvvəllər bu cür sürətlənmə vaxtını yalnız daxili yanma mühərrikləri olan avtomobilləri nümayiş etdirə bilərdilər.

 

BMW i3 öz seqmentində yeni oriyentirlər təyin edir və özündə yalnız elektrik enerjisi ilə 300 km-də gediş ehtiyatını sürücülük zövqü ilə birləşdirir. BMW i3 enerji işlətməsi təkmilləşdirilmiş detalların sayəsində əhəmiyyətli dərəcədə azaldılıb, o cümlədən elektrik mühərrikin idarəetmə sistemi və aşağı müqavimət göstərən ən yeni şinlər. NEDC testlərinə görə, yenilənmiş BMW i3 100 kilometrə cəmi 12,6 kVt/saat sərf edir və öz seqmentindəki bütün rəqiblərdən daha effektivdir. BMW i3 50 kvt gücündə daimi cərəyanla doldurulma imkanına malikdir. Daimi cərəyanla tez doldurulması üçün uyğunlaşdırılmış müasir enerji doldurma stansiyaları BMW i3 batareyasını 40 dəqiqədən az müddətdə 80%-ə qədər doldurur.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox