AZ

Azərbaycanda ən çox istifadə olunan iOS versiyası hansıdır? — Statistika

 

5a3ded70a77530835476dea0950528a5.jpg
12.08.2020 10:36

Apple qurğularına məxsus iOS əməliyyat sistemlərinin Azərbaycan üzrə bazar payı açıqlanıb.

 

TED.az xəbər verir ki, Global Stats analitik şirkətinin məlumatına əsasən, iyul-avqust ayları ərzində Azərbaycanda Apple istifadəçiləri arasında ən populyar iOS 13.5 versiyalı əməliyyat sistemi olub.

 

iOS 13.5-in Azərbaycan üzrə bazar payı 49.32%-ə, dünya üzrə isə 62.81%-ə bərabərdir.

 

Populyarlığına görə ikinci yerə sahib olan iOS versiyası iOS 12.4-dür, onun Azərbaycan üzrə bazar payı 16.39% təşkil edib.

 

Sıyahıda növbəti yerləri alan isə iOS 13 (8.33%), iOS 13.4 (4.93%), iOS 10.3 (3.23%), iOS 13.6 (2.85%) əməliyyat sistemləridir.

 

Fatimə ZÜLFİQAR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox