AZ

Xiaomi-dən ilk: Ultra-nazik şəffaf televizor 

7b21b9aad22193feceff7f359b0459d8.jpg
13.08.2020 23:55

Çinin Xiaomi şirkəti dünyada ilk ultra-nazik şəffaf televizorunu istehsal edib.


TED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, televizor Mi TV LUX Transparent Edition adlanır. 


Cihaz bu həftəsonu satışa çıxarılacaq.


Hələlik bu televizoru yalnız Çində almaq mümkün olacaq. 


Məhsulun qiyməti təxminən 7,2 min dollar təşkil edir.


Televizor sönülü vəziyyətdə 55 düym diaqonallı şüşə paneli xatırladır, işlək vəziyyətdə isə havadan asıldığını düşünmək olar.


Cihazın bütün texniki təchizatı aşağı hissədəki blokda yerləşdirilib.


Televizorun Azərbaycan bazarına çıxırılıb-çıxarılmayacağı məlum deyil. 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox